• 19:38 – Makrondan bəyanat: "Çox vacib bir anın astanasındayıq - Avropa İttifaqı məhv ola bilər" 
  • 19:23 – Bakı metrosunda FACİƏ - Sərnişin qatar yoluna düşdü 
  • 19:18 – İlham Əliyev Zəngilanda... 
  • 19:21 – Kəmaləddin Heydərov COP29 ilə əlaqədar tapşırıqlar verdi 

Qırx iki kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Dekabrın 4-də saat 21:40-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Qapçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Qurumun mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, DSX tərəfindən keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 22:00 radələrində Astara rayonunun Pensər kəndi ərazisində 07-BF-653 dövlət qeydiyyat nişanlı “Ford tranzit” markalı avtomobil şübhə doğurduğu üçün saxlanılıb.

Avtomobili idarə edən şəxsin Astara rayonunun Pensər kənd sakini 1978-ci il təvəllüdlü Məmmədov Güloğlan Həsənağa oğlu olması müəyyənləşdirilib. Avtomobilə baxış zamanı üç ədəd bağlamada ümumi çəkisi 42 kiloqram 75 qram narkotik vasitəyə bənzər maddələr (19 kiloqram 70 qram heroin, 11 kiloqram 620 qram həşiş, 4 kiloqram 525 qram marixuana, 4 kiloqram 40 qram tiryək, 2 kiloqram 820 qram metamfetamin və 4190 ədəd “Metadon-40” psixotrop həbləri) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →