• 20:34 – DünyaAvropa İttifaqı SEPAH-ı terror təşkilatı kimi TANIDI29 Yanvar 2026 20:00 
  • 20:28 – Səhnə, işıqlar, geyimlər - Xalq artisti Tünzalə Ağayevadan NÖVBƏTİ FOTOSESSİYA 
  • 20:26 – Yüksək vəzifəyə təyin edilən Feyzullayev kimdir? 
  • 23:53 – Qurbanov "Liverpul"la oyundan danışdı: Ən yaxşı oyun... 

Azərbaycanlı iş adamı qətlə yetirildi




Azərbaycanlı iş adamı qətlə yetirildi


Rusiyada azərbaycanlı iş adamı amansızlıqla qətlə yetirilib. 

 XEBERTV.AZ  APA-ya istinadən xəbər verir ki, qətl hadisəsi Dağıstanın Xasavyurt şəhərində baş verib.

Belə ki, 37 yaşlı Cabir adlı Azərbaycan vətəndaşının evinə hücum olub. Onu mənzilində döyərək qətlə yetiriblər.

Həmyerlimizin evində dodağı qopmuş vəziyyətdə cəsədi aşkar olunub. Onun qətlə yetirildiyi vaxt həyat yoldaşı da evdə olub.

Məlumata görə, Cabirin kiçik məişət texnikası və mətbəx əşyaları mağazası olub. O, ötən gecə ezamiyyətdə olduğu Dubaydan uçaraq Xasavyurtdakı evinə qayıdıb. Səhər saat 5 radələrində iki nəfər Cabirin evinə gəlib. Həmyerlimizin onlarla borc haqqında söhbəti olub. Daha sonra söhbət davaya çevrilib, iş adamının arvadı ona kömək etmək istəsə də, başından aldığı zərbədən sonra o, huşunu itirib.

Hazırda polis qətlin iştirakçılarını axtarır.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →