BAKI-XEBERTV.AZ
Prezident İlham Əliyevin doğum günü ilə əlaqədar tədbir keçirilib!
Azərbaycan Respublikası Haqq Ədalət Partiyası Şəki rayon şöbəsinin təşkilatçılığı ilə Dövlət Başçısı cənab İlham Əliyevin doğum gününə və 31 dekabr-Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr edilən tədbir keçirilib.
Tədbiri müharibə veteranı, jurnalist Şamil Sabiroğlu açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Ölkəmizin ərazi bütövlüyünün bərpası zamanı şəhid olan oğul və qızların əziz xatirəsi 1 dəq.lik sükutla yad edildi. Şamil müəllim qonaqları salamladı, tədbirin ictimai-siyasi əhəmiyyəti barədə məlumat verdi. O, bildirdi ki, son 150 ildə Azərbaycan tarixində son 3 il ərzində yaşanan sevincli günlər qədər tarixi anlar yaşanmayıb. İşğal edilən torpaqların düşmən tapdağından azad edilməsi, həmçinin, Qarabağın mənəvi paytaxtı olan Xankəndi şəhərinin, həmçinin, Ağdərə və Xocavənd rayonlarının, Xocalının düşmən tapdağından azad olunması məhz Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli addımlar atması sayəsində baş vermişdir. Dekabrın 21-də Xankəndi şəhər stadionunda Ağdamın Qarabağ və MOİK komandaları arasında futbol yarışının keçirilməsi də mühüm tarixi hadisə olaraq yaddaşlarda iz buraxdı. Şamil müəllim daha sonra sözü HƏP-in Regional Bölməsinin rəhbəri, doktor Azər Salmanova verdi. Azər həkim Dövlət Başçısını doğum günü ilə əlaqədar Haqq Ədalət Partiyasının üzvləri adından təbrik etdi.A.Salmanov qeyd etdi ki, əminəm ki, qədirbilən xalqımız fevralın 7-də keçiriləcək Prezident seçkilərində cənab İlham Əliyevə səs verəcək.
Şəki rayon şöbəsinin sədri Hacər Maqsudiyə verildi. Hacər xanım dedi:
-Ev sahibi olaraq qonaqları və partiyadaşlarımı salamlayıram. Dekabrın 24-ü Azərbaycanın Dövlət Başçısı cənab İlham Əliyevin doğum günüdür. Bu münasibətlə cənab Prezidenti və onun ailə üzvlərini təbrik edirik. Haqq Ədalət Partiyasının sədri cənab Əli İnsanov da bu əlamətdar gün münasibətilə Prezident İlham Əliyevi təbrik edib.Eyni zamanda, dekabrın 31-i Dünya Azərbaycanlılarının həmrəyliyi günüdür. Azərbaycan xalqını və dünyada yaşayan soydaşlarımızı Həmrəylik günü münasibətilə təbrik edirəm. Mən əslən İranın tabeçiliyində olan Cənubi Azərbaycandanam. Orda yaşayan soydaşlarımızın öz dillərində yazıb-oxumaq imkanları yoxdur. Əminəm ki, İlham Əliyevin növbəti Prezidentliyi dövründə bu həssas məsələyə də öz münasibətini bildirəcək.
Azərbaycan Alpaqut Turan Döyüş Sənəti Federasiyasının Şəki filialının rəhbəri Mehman Əliyev, HƏP Şəki rayon şöbəsi sədrinin müavini, qaydasız döyüş üzrə dəfələrlə Avropa və Rusiya çempionu Azad Məmmədov, HƏP-in Şəki rayon şöbəsinin Qadınlar Şurasının sədri Sevinc Məmmədzadə,Şəki rayonu üzrə Qadınlar Təşkilatının sədri Arzu Balayeva, HƏP-in Ağsaqqallar Şurasının sədri Eldar Mustafayev və başqaları çıxış edərək Dövlət Başçısını doğum günü münasibəti ilə təbrik etdilər.
Vüsalə Məmmədzadə,
24.12.2023.