• 23:00 – Paşinyan rusiyalı yutuberin istəyini rədd etdi 
  • 22:10 – Azərbaycan güləş hakimliyi uğura imza atıb. 
  • 22:04 – Karate üzrə Azərbaycan yığma komandası Avropa çempionatında iştirak etmək üçün Xorvatiyanın Zadar şəhərinə yola düşüb. 
  • 20:13 – Ukrayn “Patriot” raketlərini təhvil aldı 

Xocalı soyqırımının qurbanlarına həsr olunan növbəti tədbir keçirilib!


BAKI-XEBERTV.AZ

Xocalı soyqırımının qurbanlarına həsr olunan növbəti tədbir keçirilib!
Xocalı soyqırımının şahidi, o məşum gecə həyat yoldaşı Səadət Abbasovanı itirmiş, özü isə girovluq həyatını yaşamış Valeh Hüseynovun təşəbbüsü, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin təşkilatçılığı ilə tədbir keçirildi. Tədbiri "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Binəqədi rayon şöbəsinin sədri Ayna Novruzova açdı. Respublikamızın ərazi bütövlüyünün bərpası uğrunda gedən savaş zamanı şəhid olsnların xatirəsi 1 dəq.lik sükutla yad edildi.
Birliyin sədri Ceyran Əzizova qarşıda dayanan məsələlərdən danışdı. Şəhid ailəsi Tacirə Qaçay qızı Xəlilova, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Ələsgər Novruzovun həyat yoldaşı Şəkibə xanım, soyqırımın şahidi şəhid Ramil Məmmədovun həyat yoldaşı Vəsilə Məmmədova, həmçinin, hər 2 valideynini itirmiş Həmayıl Xəlilova, Mübariz Hacıyev, şəhid Əkbərin həyat yoldaşı Mətanət xanım Xocalı soyqırımı zamanı törədilən erməni vəhşiliyindən danışdılar. Valeh müəllim anım tədbirinin əmisi Zəkara kişinin ailə üzvlərinin və həyat yoldaşı Səadət Abbasovanın xatirəsinə həsr edildiyini qeyd etdi. Əməkdar müəllim Zülfiyyə Vəliyeva, "Aran Media Group" un rəhbəri Şeyda Əzizqızı, jurnalist Atlas Xanlar qızı və başqaları Xocalı soyqırımının qurbanlarının ailə üzvlərinə başsağlığı verdilər.
Şairə Nazlı Yazar Vətənə həsr edilən şeirlərini söylədi.
Tədbir ehsan süfrəsi ətrafında davam etdirildi.
Şamil Sabiroğlu, jurnalist.
Bakı
 


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →