• 22:12 – KİV: “Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsir” 
  • 21:57 – Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib   
  • 21:55 – Türkiyə S-400-ləri Ukraynaya verəcək? - Açıqlama 
  • 21:43 – Aprelin 28-də "DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Tropy 2024" turniri keçirilib 

“Dəmir yumruq!”devizi altında növbəti tədbir keçirilib!


 


BAKI-XEBERTV.AZ 


“Dəmir yumruq!”devizi altında növbəti tədbir keçirilib!

 



 


 

 

 

Bakıda, SDN Biznez Mərkəzinin Akt zalında “Sübhnur” Tədris Mərkəzi nin təşkilatçılığı ilə "Dəmir yumruq" adlı tədbir keçirildi. Tədbiri Mərkəzin rəhbəri Gülnarə Hüseynova açdı. Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Gülnarə xanım son 200 il ərzində erməni terrorçularının Türk dünyasına qarşı apardıqları terror və soyqırım siyasətindən danışdı. O, bu günkü tədbirin 2020-ci il sentyabrın 27-də başlanmış və 44 gün davam edən II Vətən savaşına həsr edildiyini qeyd etdi və tədbiri aparmaq üçün sözü Kamil Nazim və Aysel Xasməmmədovaya verdi.

Kamil bəy və Aysel xanım tədbir iştirakçılarını salamladılar. Qeyd etdilər ki, II Vətən savaşında qazanılan qələbə Azərbaycanın Dövlət Başçısı cənab İlham Əliyev başda olmaq şərtilə xalqımızın, həmçinin, Ordumuzun birliyi sayəsində mümkün oldu.

Tədbirdə Şəhid ailələrinin nümayəndələri, Qazi qardaşlarımız, həmçinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatları və ziyalılar iştirak edirdi. Milli Məclisin deputatı Vüqar İsgəndərov, şəhid Sübhan Abdulrəhmanovun anası Mehriban xanım, qazilərdən Ülvi Qədir, Həsən Yaqubov, Hikmət Məmmədov, Elvin Abbasov, Elçin Əhmədov, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu, BDU-nun Diplomatiya fakültəsinin əməkdaşı Vəliyulla Cəfərov, Lütfizadə adına Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü, Fizika-riyaziyyat elmləri namizədi, dosent Nəbi Mahmudov, KOB Abşeron rayon şöbəsinin rəhbəri Aqşin Əsgərov, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı, jurnalist Ötərxan Eltac, AVMVB ib-nin Səbail rayon şöbəsinin İnsan Resursları Departamentinin rəhbəri İsmayıl İsmayılov və başqaları çıxış edərək düşmən üzərində tarixi qələbənin qazanılmasında Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Azərbaycan Ordusunun şəxsi heyətinin müstəsna rolunu qeyd etdilər. “Sübhnur” TM-nin ingilis dili müəllimi Zəhra Dadaşzadə qonaqlara II Vətən savaşı barədə geniş məlumat verdi. Daha sonra məktəblilərin ifasında Vətənə, torpağa həsr edilən şeirlər səsləndi. Gənc yazar Aysu Türkelin çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Sübhnur” Tədris Mərkəzi nin Rəhbəri Gülnarə Hüseynova tədbirdə iştirak edənlərin hər birinə öz minnətdarlığını bildirdi.

                                  

        Şamil Sabiroğlu.

                                          Bakı, 01.10.2023.


 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →