Bu gün həm Afrika, həm də Ukraynada Paris və Moskva arasında ciddi qarşıdurma var. Rusiya ardıcıl olaraq Fransanı keçmiş təsir dairəsində olan ölkələrdən çıxarır. Məsələn, indi bu qarşıdurma Nigerdə baş vermiş dövlət çevrilişi fonunda mövcuddur. Afrikada Rusiya Fransanın imicinə böyük problemlər yaradır. Fransa isə Cənubi Qafqazda Moskvaya problemlər yaradır.
XEBERTV.AZ xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Paris Ermənistan ictimai rəyinin gözündə Rusiyadan daha müsbət görünmək istəyir. Və axın-axın Cənubi Qafqazda fəallığını artırır. Amma Fransa bu məsələdə nə qədər çox ermənipərəst mövqe tutsa, Qarabağ nizamlanmasında ciddi rol oynamaq üçün bir o qədər real imkanları azalır”, - Markov bildirib.
Onun sözlərinə görə, Parisin əsas hədəfi Azərbaycan-Ermənistan münasibətlərini beynəlxalq səviyyədə normallaşdırmaq deyil:
“Laçın dəhlizi boyunca erməni maraqlarının müdafiəsi məsələsində nəticə əldə etməsə belə (buna nail olmayacaq, çünki Rusiya Təhlükəsizlik Şurasında yekun sənədlərdə heç bir birtərəfli ermənipərəst ifadələrə və Azərbaycana qarşı hücumlara imkan verilməyəcək), yenə də Ermənistan cəmiyyətində antirusiya və antiazərbaycan əhval-ruhiyyəsini daha da qaldıracaq. Bu isə Qərb üçün faydalıdır.
Bundan əlavə, Parisin siyasəti əvvəllər qeyd etdiyim kimi, antirusiya və antitürkiyə yönümlüdür. Azərbaycan Türkiyənin müttəfiqidir, bunu Fransa çox da sevmir. Paris uzun illərdir ki, Türkiyənin Avropa Birliyinə daxil olmasının əsas rəqibi olub. Azərbaycan isə beynəlxalq hüququ və öz ədalətli maraqlarını müdafiə edərək iki od arasında qalıb. Üstəlik, o, Rusiyanın müttəfiqidir”.