Rusiya və Qərbin istəyi REALLAŞIR: "Gərginlik müharibəyə çevrilə bilər" - HƏRBİ EKSPERT

“Gərginlik təkcə lokal toqquşmaya yox, müharibəyə də çevrilə bilər”.

BAAKI-XEBERTV.AZ

Bu fikiri Qarabağda baş verən gərginlik, bu gərginliyin arxa fonundakı aktorlar və rəsmi Bakının atacağı addımları şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, gərginlik belə davam edərsə, əməliyyatlar qaçınılmaz olacaq:

“Laçın sərhəd-keçid məntəqəsində 21 ağır tonnajlı yük maşını “hümanitar yardım” adı altında dayanıb. Buna bənzər hadisə zamanında Ukrayna ilə bağlı baş vermişdi. Ruslar Donbass və Luqanska hümanitar yardım göndərmək istəyirdi. Dünya ictimayəti o zaman rusları qınamışdı ki, əgər əraziyə hümanitar yardım daxil olarsa, bu, Ukraynaya müdaxilə kimi qiymətləndiriləcək. Görürük ki, indi eyni vəziyyətə zamanında Rusiyaya etiraz edən ölkələr başqa standartlardan baxırlar. Belə bir təxribata Azərbaycan heç vaxt yol verməyəcək. Sənəd üzərində olmasa da, Ermənistan tərəfdən sözdə Azərbaycan ərazi bütövlüyü tanınır. Azərbaycana “hümanitar yardım” adı altında müdaxilə yolverilməzdir. Azərbaycan fərqli marşrut təklif edir. Ağdam istiqamətini Azərbaycan tərəfi təklif edib və bunu bir neçə ölkə qəbul edir. Məsələ ondadır ki, Ermənistan bu məsələdə dirəniş göstərir.

Ermənistan çalışır ki, beynəlxalq ictimaiyyət Azərbaycana qarşı birləşsin. Onlar nə istəməyindən asılı olmayaraq, mümkün deyil. Arayik Arutyunyan Ermənistana çağırış etdi ki, onları müstəqil dövlət kimi tanısınlar. O, yaranmış vəziyyətə görə Paşinyanı günahlandırır.

Separatçıların və Ermənistanın məqsədi təxribat yaratmaqdır. Hesab edirəm ki, bu, baş tutmayacaq. Azərbaycan Ordusu və Daxili Qoşunlar qəti addımlar atacaq. Qarabağ ətrafındakı gərginliyin başında duran əsas fiqurlardan biri də Rusiyadır.

Azərbaycan separatçıların nazı ilə çox oynadı. Qəti addımlar atmağın vaxtıdır. Gərginlik lokal toqquşmaya yox, müharibəyə də çevrilə bilər. Bunu həm Rusiya, həm də Qərbdəki qüvvələr istəyir. Onlar yeni münaqişə ocağının yaranmasında maraqlıdırlar”.