• 20:20 – Kupman Azərbaycana gələcək 
  • 20:11 – Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı 
  • 20:06 – Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir? 
  • 20:01 – Qalmaqallı layihənin ikinci oxunuşu: 14 deputat qovuldu 

İrəvan bundan xəbərsizdir - XİN



İrəvan bundan xəbərsizdir - XİN



Beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa istinad edən Ermənistan XİN-in sözçüsü Laçın keçid məntəqəsinin Azərbaycan tərəfindən öz suveren ərazilərində yaradıldığından xəbərsizdir və onun legitimliyini heç kim sorğulaya bilməz. Beynəlxalq Ədalət Məhkəməsi də Ermənistanın bu iddiasını rədd edib.

XEBERTV.AZ  xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Tvitter hesabında yazıb.

Həmçinin Ermənistan XİN-in Vaqif Xaçatryanın saxlanmasına münasibətini dezinformasiyadan ibarət olduğuna diqqət çəkən A.Hacızadə onun beynəlxalq axtarışda olduğunu xatırladıb:

“Ermənistan XİN yenə dezinformasiya yayır. Adıçəkilən 68 yaşlı Vaqif Çerkezoviç Xaçatryan Xocalıda Meşəli soyqırımı ilə əlaqədar beynəlxalq axtarışdadır”.

Eyni zamanda XİN sözçüsü Ermənistanın BQXK-nin fəaliyyətindən sui-istifadə etdiyini vurğulayıb:

“Təəssüf ki, Ermənistan rəsmiləri üzr istəmək və hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsinə kömək etmək əvəzinə, hələ də qanunsuz hərəkətlərə, o cümlədən məhkəmədən yayınmaq üçün BQXK-nin fəaliyyətindən sui-istifadəyə haqq qazandırmağa çalışırlar”.

Axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →