• 19:45 – SEPAH Yaxın Şərqdəki ABŞ bazalarına qarşı yeni hücum dalğası başladıb 
  • 19:39 – İranda qızlar məktəbi vuruldu: 70 ölü, 90 yaralı 
  • 23:57 – Qazaxıstan İrandakı vətəndaşlarına çağırış etdi 
  • 23:50 – Pentaqon rəhbəri yadplanetlilərin varlığından danışdı - “Görərik” 

BMT Türkiyə və Suriyaya 25 milyon dollar yardım ayırıb

BMT baş verən güclü zəlzələlərdən sonra Türkiyə və Suriyaya humanitar yardım olaraq Böhranlara Cavab Fondundan 25 milyon dollar ayırıb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik bildirib. O, ayrılan vəsaitin regionda təcili xilasetmə fəaliyyətlərinə yönləndiriləcəyini deyib. Stefan Dujarrik qeyd edib ki, zəlzələdən zərər çəkmiş 10 əyalətdə yaşayan 15 milyon insandan 1,7 milyonu suriyalı qaçqınlardır. Türkiyədə bütün səylər hazırda axtarış-xilasetmə işlərinə yönəlib və UNICEF hökumətlə fəlakət və fövqəladə halların idarə edilməsi üzrə koordinasiyalı çalışır.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →