• 22:14 – Bakıda Pre-COP29 konfransına yekun vuruldu 
  • 22:05 – Ölkədən pul axını kəskin artdı: Nəzarət gücləndirilir 
  • 22:01 – Müharibə başlasa, Peterburqu vuracağıq 
  • 21:21 – Korotçenko: "Azərbaycan bu gün qlobal trendləri və beynəlxalq gündəmi müəyyən edən ölkələrdəndir" 

Gürcüstan hökuməti Türkiyədə zəlzələdən zərər çəkənlərə bir milyon lari ayırıb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin qərarı ilə Türkiyə Respublikasında təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardımın göstərilməsi üçün 1 milyon lari ayrılıb.

Bu barədə AZƏRTAC-a Gürcüstan hökumət administrasiyasından məlumat verilib.

Bildirilib ki, hökumətin ehtiyat fondundan ayrılan məbləğ Türkiyədə təbii fəlakətdən zərər çəkmiş vətəndaşlar üçün dərman, ərzaq, geyim, tibbi avadanlıq və digər zəruri malların alınmasına və Türkiyə Respublikasına daşınmasına xərclənəcək.

Qeyd edək ki, bundan başqa, Gürcüstan parlamenti, qeyri-hökumət təşkilatları və əhali qrupu da Türkiyədə təbii fəlakətdən zərər çəkmiş insanlara yardım edir.

Fevralın 10-da humanitarla yardımla dolu 4 yük avtomobili Türkiyəyə yola salınıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →