• 19:14 – Vətənə həsr olunmuş mənalı ömür yolu 
  • 21:23 – Çində milyarderlər "superailələr" yaradır 
  • 21:11 – Xalq artisti 2025-i belə yekunlaşdırdı - VİDEO - FOTOLAR 
  • 20:57 – Ukrayna Rusiyanın 600 milyonluq sualtı gəmisini partlatdı 

Almaniya zəlzələlərdən zərər çəkən 9 minədək şəxsi qəbul edib

Almaniya zəlzələlərdən zərər çəkən 9 minədək şəxsi qəbul edib





Almaniya fevral ayında Türkiyə və Suriyada baş verən güclü zəlzələlərdən zərər çəkmiş 9 minədək şəxsi qəbul edib.
TASS xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Fezer bildirib.
"Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən zərər çəkmiş insanların bir çoxunun Almaniyada qohumları var. Biz çox operativ hərəkət etdik və humanitar yardım göstərdik", - o bildirib və əlavə edib ki, bu yardıma Almaniyada qohumlarının yanında 90 gün müvəqqəti qalma imkanı da daxildir.
Nazirin sözlərinə görə, bu məqsədlə indiyədək 7652 müvəqqəti yaşama vizası verilib. Onlardan 6500-dən çoxu əsasən Türkiyədəki zəlzələ zonasından olan insanlar üçün nəzərdə tutulub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →