• 22:17 – Azərbaycan XİN: Minalar məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləyir 
  • 22:10 – İran və ABŞ qapalı formatda danışıqlar aparır 
  • 22:11 – Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub 
  • 22:06 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində 

Kabildə partlayış nəticəsində azı 7 nəfər ölüb, 10 nəfər yaralanıb

Bu gün Kabilin mərkəzində, Əfqanıstan Xarici İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktı nəticəsində azı 7 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı Əfqanıstandakı mənbələrə istinadla məlumat yayıb. Hadisə zamanı daha 10 nəfərin yaralandığı bildirilir.

Talibanın müvəqqəti hökumətinin rəsmi nümayəndəsinin tviter səhifəsində yerləşdirdiyi məlumata görə, terrorçu-kamikadze Xarici İşlər Nazirliyinin binasına girməyə cəhd göstərib. Mühafizə xidməti terrorçunu binanın qapısında aşkarlayıb, bundan sonra o, “özünü partladıb”.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →