• 20:47 – İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir... 
  • 20:39 – İranla müharibə Trampın nəzarətindən çıxır - ABŞ-ı nələr gözləyir? 
  • 20:34 – İordaniyaya 35 raket və PUA ilə hücum edildi 
  • 20:31 – Rusiyadan ABŞ-a İranla bağlı gözlənilməz təklif... 

KİV: Kabildə partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb

Əfqanıstan Xarici İşlər Nazirliyinin Kabilin mərkəzində yerləşən binasının yaxınlığında törədilən partlayış nəticəsində həlak olanların sayı azı 21 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Hasht-e Subh” qəzeti məlumat yayıb. Hadisə zamanı daha 25 nəfər yaralanıb.

Bir qədər əvvəl “Al Jazeera” telekanalı 7 nəfərin öldüyünü və 10 nəfərin yaralandığını bildirmişdi.

Taliban hökumətinin rəsmi nümayəndəsinin tviter səhifəsində yerləşdirdiyi məlumata görə, terrorçu-kamikadze Xarici İşlər Nazirliyinin binasına girməyə cəhd göstərib. Mühafizə xidməti terrorçunu binanın qapısında aşkarlayıb və bundan sonra o, üzərindəki partlayıcını işə salıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →