• 20:08 – Qarabağda Qafqaz Albaniyasının zəngin xristian irsinin izləri görünür - Hikmət Hacıyev 
  • 19:51 – Bakıda avtobuslardan istifadə - Rekord qeydə alındı 
  • 19:48 – Bakıda 1,5 milyona mənzil, 7 minə kirayə ev - Qiymətlər 
  • 23:56 – Türkiyənin yeni raketi: 250 km uzaqlıqdakı hədəfi vurdu 

Fələstinli əsgərin alnından öpən girov türk əsilli imiş - Video





Fələstinli əsgərin alnından öpən girov türk əsilli imiş - Video

Xəbər verdiyimiz kimi, Qəzza zolağında HƏMAS ilə İsrail arasında atəşkəs razılaşması çərçivəsində azad edilən 6 məhbusdan biri Ömər Şim-Tovun fələstinli əsgərin alnından öpməsi maraqla qarşılanmışdı.

XEBERTV.AZ   Teleqraf-a istinadla xəbər verir ki, Türkiyə mediasının araşdırmasına görə, Tovun ailəsinin Türkiyə və Mərakeşdən mühacirət edərək İsrailin işğal etdiyi Fələstin torpaqlarında məskunlaşdığı məlumat olub.

Şim-Tov özü çıxışında deyib:

“Mənim babalarım Mərakeş və Türkiyədəndir. Onlar Fələstin ərazilərinə gəliblər. Amma niyə gəldiklərini bilmirəm. Hesab edirəm ki, hər kəs öz vətəninə qayıtmalıdır”.

Qeyd edək ki, İsrailli Şim-Tov Qəzza zolağının mərkəzindəki mərasimdə Qırmızı Xaç heyətinə təhvil verilməzdən əvvəl Qəssam briqadalarının yaraqlısının alnından öpüb .

Girovlar Qəssam əsgərlərinin onlarla yaxşı rəftar etdiyini bildiriblər.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →