• 23:45 – İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp 
  • 23:33 – MƏRYƏM ÜZƏRLİ BAKIDA “İMROZ’DA BAHAR” FİLMİNİN TƏQDİMATINDA İŞTİRAK EDİB 
  • 19:05 – 1716-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 19:02 – ZƏFƏR TARİXİMİZ – DƏMİR YUMRUQ, MİLLİ BİRLİK, UCALAN BAYRAQ VƏ QALİB AZƏRBAYCAN! 

“HƏMAS” onların meyitlərini İsrailə təhvil verəcək


 


“HƏMAS” onların meyitlərini İsrailə təhvil verəcək

Fevralın 20-də Fələstinin “HƏMAS” hərəkatı Qəzza zolağında öldürülən girovların, o cümlədən Bibas ailəsinin üzvlərinin meyitlərini İsrail tərəfinə təhvil verəcək.

XEBERTV.AZ  xəbər verir ki, bu barədə “HƏMAS”ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qruplaşmasının rəsmi nümayəndəsi Əbu Ubeydə bəyanat yayıb.

Bildirilib ki, onların hamısı İsrailin Qəzzanı bombalaması nəticəsində həlak olub.

Xatırladaq ki, Kfir Bibas “HƏMAS” silahlıları tərəfindən 2023-cü il oktyabrın 7-də əsir götürülüb. Həmin vaxt o, doqquz aylıq, qardaşı Ariel isə dörd yaşında olub. Onlar anası və atası ilə birlikdə Qəzzaya aparılıb.






publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →