• 22:00 – İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir 
  • 21:50 – ABŞ 38 il sonra İrana qarşı bu silahdan istifadə etdi 
  • 21:44 – "Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir? 
  • 16:52 – Ermənilər Ermənistanda və Qarabağda nələri dağıdıb... 

Böyük Britaniya Qəddafinin həyat yoldaşına qoyulan ölkəyə giriş qadağasını ləğv edib


 




Böyük Britaniya Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin dul arvadı Safiya Fərkaşa qarşı sanksiyaları yumşaldaraq, onun ölkəyə girişinə qoyulan qadağanı aradan qaldırıb.

Bunu Britaniya hökumətinin saytında yenilənmiş sanksiyalar siyahısı sübut edir.

Qəddafi və onun qohumlarına qarşı məhdudlaşdırıcı tədbirlər London tərəfindən BMT Təhlükəsizlik Şurasının 2011-ci il tarixli 1970 saylı qətnaməsinə uyğun olaraq tətbiq edilib. 

Qeyd edək ki, Farkaş (qızlıq soyadı əl-Brasai) Qəddafinin ikinci həyat yoldaşı və səkkiz uşağından yeddisinin anası olub. Onlar 1970-ci ildə evləniblər və Qəddafi 2011-ci ildə vətəndaş müharibəsi zamanı öldürülənə qədər birlikdə yaşayıblar. Britaniya hökumətinin məlumatına görə, Fərkaşın Oman vətəndaşı pasportu var. Onun hazırda Misirdə yaşadığı güman edilir.

Mənbə: TASS

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →