• 23:00 – Paşinyan rusiyalı yutuberin istəyini rədd etdi 
  • 22:10 – Azərbaycan güləş hakimliyi uğura imza atıb. 
  • 22:04 – Karate üzrə Azərbaycan yığma komandası Avropa çempionatında iştirak etmək üçün Xorvatiyanın Zadar şəhərinə yola düşüb. 
  • 20:13 – Ukrayn “Patriot” raketlərini təhvil aldı 

İrəvanın təklifi pis oyunda yaxşı mina kimi görünür - Slutski



İrəvanın təklifi pis oyunda yaxşı mina kimi görünür - Slutski


Ermənistanın Rusiyaya Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunun tələblərindən yan keçməyə imkan verən dövlətlərarası saziş imzalamaq təklifi “pis oyunda yaxşı mina” kimi görünür.

 XEBERTV.AZ Musavat.com-a istinadən xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski səsləndirib.

 Slutskini sözlərinə görə, Ermənistan BCM-nin Roma Əsasnaməsini ratifikasiya etməklə Rusiyaya qarşı tamamilə qeyri-dost addım atıb. Onun fikrincə, Ermənistan tərəfinin bununla bağlı gətirdiyi arqumentlər (guya BCM-dən Azərbaycana qarşı istifadə edilməsi) inandırıcı görünmür.

“BCM Rusiya Federasiyası ilə bağlı siyasiləşmiş və ölkəmiz üçün hüquqi əhəmiyyət kəsb etməyən qərarlar qəbul edən qərəzli qərbyönümlü strukturdur. Bunun fonunda Ermənistanın təklifləri pis oyunda yaxşı mina kimi görünür”, - deyə Dumanın komitə rəhbəri bildirib.

Slutskin Rusiya tərəfinin də öz təkliflərini irəli sürdüyünü qeyd edib.

"Onların İrəvan tərəfindən nəzərə alınıb-alınmadığını bilmirik. Ona görə də indiki vəziyyətdə Ermənistanın təşəbbüsü ilə sazişin bağlanması problemin həlli üçün resept ola bilməz", - deyə Slutski qeyd edib.

Qeyd edək ki, Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan Rusiyaya sözügedən mövzu ilə bağlı saziş təklif etdiklərini, ancaq cavab almadıqlarını bildirmişdi. 


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →