• 20:05 – KİV: Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib 
  • 19:56 – Yeni Kaledoniyada etiraz aksiyalarında ölənlərin sayı 6 nəfərə çatıb, məktəblər bağlandı 
  • 19:50 – Xamenei MTŞ-nin təcili iclasını çağırdı 
  • 23:00 – İsrail ordusu "Hizbullah"ın infrastrukturuna növbəti zərbələr endirdi 

Vyanada Ermənistanın mina terroruna etiraz edildi



Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan İş Adamları və Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə Vyanada ATƏT-in katibliyi qarşısında Ermənistanın Azərbaycana qarşı törətdiyi mina terrorizmi və ekoterrora qarşı etiraz aksiyası keçirilib.

XEBERTV.AZ   xəbər verir ki, dərnəyin rəhbəri Yardım Günəş çıxış edərək, Ermənistanın onilliklər boyu işğalda saxladığı Azərbaycanın Qarabağ bölgəsində apardığı talanlar, ekoterror və ərazilərin minalarla çirkləndirilməsinə diqqət çəkib. Qeyd edilib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi mina terroru hərbçi və mülki şəxslərin həyatına təhlükə yaratmaqla yanaşı, keçmiş məcburi köçkünlərin öz ata-baba torpaqlarına geri qayıtması və bölgədə aparılan bərpa işlərinə əngəl törədir, eləcə də təbiətə zərər vurur.

Aksiya iştirakçıları beynəlxalq qurumları Ermənistana beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmək üçün təzyiq göstərməyə, Azərbaycana qarşı törədilən sülh və insanlıq əleyhinə cinayətlərə görə Ermənistanı qınamağa, eləcə də bu cinayətləri törədən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində təcili tədbirlər görməyə çağırıblar.

Tədbir iştirakçıları şəhər sakinlərini Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırıb, onlara broşürlər paylayıblar.



Axar.az



Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →