• 20:47 – İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir... 
  • 20:39 – İranla müharibə Trampın nəzarətindən çıxır - ABŞ-ı nələr gözləyir? 
  • 20:34 – İordaniyaya 35 raket və PUA ilə hücum edildi 
  • 20:31 – Rusiyadan ABŞ-a İranla bağlı gözlənilməz təklif... 

Rusiya Donetsk və Luqansk vilayətlərinin şəhərləri uğrunda prinsipial döyüşlər aparır

Rusiya Donetsk və Luqansk vilayətlərinin şəhərləri uğrunda döyüşü özü üçün prinsipial edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində çıxışı zamanı bildirib.

Zelenski vurğulayıb ki, Soledar və Baxmut, eləcə də bütün Donetsk və Luqansk vilayətləri uğrunda döyüş heç bir möhlət və dayanmadan davam edir.

“Bu konkret istiqamətdə işğalçını məhv etməyin nə qədər vacib olduğunu anlayan hər bir döyüşçümüzə, əsgərimizə, çavuşumuza, zabitimizə təşəkkür edirəm. Rusiya bizim Donbass şəhərləri uğrunda döyüşü özü üçün prinsipial edib. Qəhrəmanlarımız isə terrorçu dövlətin döyüş potensialını məhv etmək üçün özləri üçün prinsipial döyüşlərini aparırlar”, - deyə Zelenski əlavə edib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →