• 21:52 – Xalq artisti Tünzalə Ağayeva qotika tərzində - VİDEO - FOTOLAR 
  • 18:25 – Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı 
  • 18:16 – Şəhid İlqar Verdiyevin 50 illik yubileyi qeyd olunub 
  • 19:00 – Tiflis yenə AB qrantından imtina etdi 

Dövlət Məşğulluq Agentliyi 12 özəl tədris müəssisəsində 125 işsiz şəxs üçün peşə kursu təşkil edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən ay 12 özəl tədris müəssisəsində müxtəlif istiqamətlər üzrə peşə kurslarına başlanılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, IT üzrə texniki dəstək mütəxəssisi, insan resursları mütəxəssisi, mühasib, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, təmirçi-çilingər, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi və s. peşələr üzrə təşkil olunan kurslara 125 işsiz şəxs cəlb olunub.

Kurs müddətində müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur və kursları uğurla bitirənlərin məşğulluğuna dəstək göstəriləcək.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →