• 21:58 – “Qarabağ” xanım azarkeşləri üçün girişi pulsuz etdi 
  • 21:42 – Paşinyanı döymək istəyən gənclər saxlanıldı 
  • 21:40 – İsrail İrana havadan 140 zərbə endirdi 
  • 21:37 – İran ABŞ hərbçilərinin olduğu aviabazaya zərbə endirdi 

Litva və Xorvatiya mütəxəssisləri ilə birgə onlayn ekspert müzakirəsi aparılıb

Avropa İttifaqının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) proqramının dəstəyi ilə yanvarın 30-dan fevralın 3-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə Litva və Xorvatiyadan olan mütəxəssislərin onlayn ekspert müzakirəsi aparılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müzakirə “Məzuniyyət vaxtı üçün orta aylıq

əməkhaqqının hesablanması qaydası və orta aylıq əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyənləşdirilməsi” mövzusunda olub.

Litvanın Sosial Müdafiə və Əmək Nazirliyinin şöbə müdiri Vita Baliukeviçiene və Xorvatiyanın Əmək, Pensiya Sistemi, Ailə və Sosial Siyasət Nazirliyinin sektor müdiri Anita Zirdum müvafiq mövzuda Avropa təcrübəsini bölüşüb və ətraflı fikir mübadiləsi aparıblar.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →