• 20:59 – Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etmək niyyətindədir 
  • 20:42 – Qubad İbadoğlu ilə bağlı yeni qərar 
  • 20:23 – ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır! 
  • 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 

Həyata keçirilən sosial islahatlar həm əhatə dairəsinə, həm də ardıcıllığına görə qiymətləndirilməlidir

Azərbaycan Prezidentinin yanvarın 13-də imzaladığı fərman və sərəncamlar vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov deyib. O, qeyd edib ki, şəhid ailəsi üçün Prezident təqaüdünün, əlilliyi müəyyən edilmiş şəxslərə verilən Prezidentin aylıq təqaüdünün artırılması, digər həssas qruplardan olan insanların müavinət və təqaüdlərində artımlar sosial islahatların davamlı xarakter daşıdığını göstərir.

Deputat xatırladıb ki, bu il yanvarın 5-də Prezident İlham Əliyev “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalamışdı. Həmin sərəncama əsasən, minimum aylıq pensiyanın məbləği 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılıb. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək. “Bundan başqa, minimum aylıq əməkhaqqı 2023-cü il yanvarın 1-dən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb ki, bu da 700 min vətəndaşın sosial müdafiəsini daha da gücləndirməyə imkan verəcək. Yəni, Azərbaycanda həyata keçirilən sosial islahatlar həm əhatə dairəsinə, həm də ardıcıllığına görə qiymətləndirilməlidir”.

Soltan Məmmədov vurğulayıb ki, sosial islahatların yeni mərhələsi 660 min vətəndaşın sosial ödənişlərinin artırılmasını nəzərdə tutur. Burda əsas məqsəd dövlət büdcəsinə daxil olan gəlirlərdən vətəndaşların maksimum faydalanmasına imkan yaratmaqdan ibarətdir: “2023-cü ilin dövlət büdcəsi xərclərinin 46 faizi sosialyönümlü xərclər kimi müəyyən olunub. Ümumilikdə, dördüncü sosial islahat zərfi 1,9 milyon vətəndaşımızı əhatə edəcək. Bu məqsədlə əlavə 750 milyon vəsait ayrılacaq. İşğaldan azad olunmuş ərazilərdə nəhəng quruculuq işlərinin aparıldığını və bu məqsədlə dövlət büdcəsindən kifayət qədər böyük məbləğdə vəsait xərcləndiyini nəzərə alsaq, dördüncü sosial islahatlar zərfinin əhəmiyyətini daha dəqiq qiymətləndirmək mümkündür”.

Milli Məclisin deputatı qeyd edib ki, minimum əməkhaqqının, pensiya, müavinət və digər sosial ödənişlərin artırılması nəticə etibarilə ümumilikdə ölkə əhalisinin rifahına müsbət təsir göstərəcək.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →