• 20:02 – Dövlət büdcəsinin gəlirləri açıqlandı 
  • 19:48 – Messi 17-ci dəfə "Qızıl top"a namizəd göstərildi 
  • 19:44 – Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? 
  • 19:40 – Rusiya kosmosda nüvə partlayışı törədərsə... - Ssenari 

Gəncədə mağazada istifadə müddəti bitmiş pestisidlər aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi bitki mühafizə vasitələri, pestisid və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanılması və satışı ilə bağlı qaydalara əməl edilməsi, baş verə biləcək təhlükələrin qarşısının alınması və digər zəruri tədbirlərin icrası məqsədilə pestisid və aqrokimyəvi maddələrin satış və saxlanma yerlərində mütəmadi yoxlama-nəzarət tədbirləri keçirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə şəhərində Tağı-Arani küçəsi, döngə 1 ünvanında Mirzəyev Faiq Mirzə oğluna məxsus mağazada yoxlama keçirilib.

Yoxlama zamanı dövlət qeydiyyatına alınmamış və istifadə müddəti bitmiş 4 adda (“Afaroz 40 SL”, “Maqna”, “Avirmec”, “Mostar”) pestisid aşkar edilib. Aşkar olunmuş nöqsanlarla əlaqədar mağaza sahibi inzibati məsuliyyətə cəlb olunub və icrası məcburi göstərişlər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →