• 21:12 – Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB 
  • 19:03 – 801-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 19:00 – Gürcüstan hökuməti Azərbaycandan ruhlanaraq qəti mövqe nümayiş etdirir - ŞƏRH 
  • 18:56 – Şəkidə iki nəfər ov silahı ilə öldürüldü 

Samuxda istixananın anbarında bir sıra nöqsanlar aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyi bitki mühafizə vasitələri, pestisid və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanılması və satışı ilə bağlı qaydalara əməl edilməsi, baş verə biləcək təhlükələrin qarşısının alınması və digər zəruri tədbirlərin icrası məqsədilə pestisid və aqrokimyəvi maddələrin satış və saxlanma yerlərində mütəmadi yoxlama-nəzarət tədbirləri keçirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Samux rayonunun Alabaşlı qəsəbəsində Cəfərov Zahid Həbib oğluna məxsus istixanada aparılmış planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib.

İstixanada işçi heyətin tibbi müayinədən keçmədiyi, həmçinin saxlanma anbarında istifadə müddəti bitmiş 14 adda pestisid və aqrokimyəvi maddə müəyyən edilib. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →