• 21:29 – Göygöldə çağırışa gedən təcili tibbi yardım briqadası təzyiqə məruz qalıb 
  • 20:45 – Azərbaycan Prezidenti Qarabağın bərpasına köməyinə görə Özbəkistana minnətdarlıq edib. 
  • 20:38 – Azərbaycanda şəxsiyyət vəsiqələri dəyişəcək 
  • 20:32 – Peterburqda azərbaycanlılara da təsir edəcək – Sərəncam 

Bakıda məşhur restoranda ciddi nöqsanlar aşkarlandı



BAKI-XEBERTV.AZ

Bakıda məşhur restoranda ciddi nöqsanlar aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Binəqədi rayonu, Nizami Nərimanov küçəsi, 15F ünvanında fiziki şəxs Sayılov Məqsud Əzizağa oğluna məxsus “Fish home” restoranında keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar aşkarlayıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Axar.az-a verilən məlumata görə, iaşə müəssisəsində mənşə sənədləri olmayan qida məhsulları (yağ, balıq və ət məhsulları) aşkarlanıb.

Həmçinin qida məhsullarının hazırlanması zamanı çarpaz çirklənmə riskinin yarandığı, qida məhsullarının döşəmə və divardan ara məsafəsi gözlənilmədən saxlanıldığı, mətbəx sahəsində yerləşdirilmiş soyuducunun rəflərinin korroziyaya uğradığı, mal qonşuluğu və texnoloji ardıcıllıq prinsipinin pozulduğu, işçilər üçün soyunub-geyinmə sahəsinin olmadığı və gigiyenik təlimlərə cəlb edilmədiyi məlum olub.

Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qida obyektində xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbir görülüb.






axar.az




Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →