• 22:17 – Azərbaycan XİN: Minalar məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləyir 
  • 22:10 – İran və ABŞ qapalı formatda danışıqlar aparır 
  • 22:11 – Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub 
  • 22:06 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində 

Yoxlamalar zamanı qida sahəsində fəaliyyət göstərən 79 müəssisədə nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 23-dən 27-dək respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 107 sahibkarlıq subyektində həyata keçirilən planlı və plandankənar yoxlamalar zamanı ümumilikdə 79 müəssisədə nöqsanlar müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, icrası məcburi göstərişlər verilib.

Nöqsanlar aşkar edilən sahibkarlıq subyektlərinin siyahısı ilə http://afsa.gov.az/az/media/news_details/3899 linkində tanış olmaq mümkündür.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →