• 21:11 – Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? 
  • 20:59 – Köçəryanın işi üzrə istintaq bərpa edilir 
  • 20:56 – Maaş 165 min manatdır, amma işçi tapılmır 
  • 21:40 – Yayılan xəbərlər ukraynalıları HƏRƏKƏTƏ GƏTİRDİ: "İrana zərbə endirin" 

"Sədərək" ticarət mərkəzində bir qrup şəxs girov götürülüb?





"Sədərək" ticarət mərkəzində bir qrup şəxs girov götürülüb?

Lökbatan qəsəbəsindəki ticarət mərkəzlərinin birində yerləşən mağazada bir qrup şəxsin girov saxlanılması iddiası ilə bağlı paylaşılan görüntülər araşdırılıb.

XEBERTV.AZ  xəbər verir ki, bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanı deyib.

O bildirib ki, Lökbatan qəsəbəsindəki ticarət mərkəzlərinin birində yerləşən mağazada bir qrup şəxsin girov saxlanılması iddiası ilə bağlı paylaşılan görüntülər araşdırılıb:

"Müəyyən olunub ki, görüntülərdəki şəxslər mağazanın icarədarlarıdır və icarə məsələsinə görə mağazanın yeni sahibi ilə aralarında narazılıq yaranıb.

Həmin şəxslərin girov saxlanılması ilə bağlı iddialar əsassızdır".

Qeyd edək ki, sosial media platformalarında yayılan videoya görə vətəndaşlardan biri ailə üzvlərinin "Sədərək" ticarət mərkəzinin rəhbərliyi tərəfindən girov götürüldüyünü iddia edərək video paylaşıb.


Reytinq: 
  • Нравится
  • 1
Son xəbərlər
bütün xəbərlər →