• 23:00 – Paşinyan rusiyalı yutuberin istəyini rədd etdi 
  • 22:10 – Azərbaycan güləş hakimliyi uğura imza atıb. 
  • 22:04 – Karate üzrə Azərbaycan yığma komandası Avropa çempionatında iştirak etmək üçün Xorvatiyanın Zadar şəhərinə yola düşüb. 
  • 20:13 – Ukrayn “Patriot” raketlərini təhvil aldı 

Quranı yandıran şəxsin cəzası bəlli oldu



Quranı yandıran şəxsin cəzası bəlli oldu

Qroznı məhkəməsi ötən il Volqoqrad şəhərində müsəlmanların müqəddəs kitabı olan Quranı yandıran Nikita Juraveli 3,5 il müddətinə azadlıqdan məhrum edib.

XEBERTV.AZ Konkret.az-a istinadən xəbər verir ki, Juravelə qarşı Cinayət Məcəlləsinin 148-ci (dini mərasimlərin keçirildiyi yerlərdə dindarların hisslərini açıq şəkildə təhqir etmə) və 213-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri üzrə ittihamlar irəli sürülüb.

İstintaq Komitəsindən bildirilib ki, Çeçenistan Respublikası sakinlərinin çoxsaylı müraciətləri əsasında Juravelin məhkəməsi Çeçenistanda baş tutub. Qroznıdan olan 13 imam işdə zərərçəkmiş kimi tanınıb.

Məhbusun dindirilməsi videosu Rusiyanın Federal Təhlükəsizlik Xidməti tərəfindən yayımlanıb. O, sifarişi Ukrayna Təhlükəsizlik Xidmətindən aldığını deyib:

“Məndən Volqoqrad vilayətində xristianlar və müsəlmanlar arasında dini ədavəti qızışdırmaq tələb olunurdu. Göstərişlə hərəkət etmişəm və buna görə 10 min rublun veriləcəyini demişdilər”

Xatırladaq ki, Juravel 2023-cü ildə təcridxanada Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun 15 yaşlı oğlu Adam tərəfindən döyülüb. Ramzan Kadırov isə döyülmə anının görüntülərini paylaşıb və oğlunun əməli ilə fəxr etdiyini bildirib.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →