• 20:59 – Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etmək niyyətindədir 
  • 20:42 – Qubad İbadoğlu ilə bağlı yeni qərar 
  • 20:23 – ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır! 
  • 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 

Qubad İbadoğlunun evindən nə qədər dollar tapılıb?



Qubad İbadoğlunun evindən nə qədər dollar tapılıb?


Bu gün istintaq müddətində 4 ay (3 ay 26 gün) müddətinə həbs edilən Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlunun qeydiyyatda olduğu evdən 40 min dollar tapılıb.

XEBERTV.AZ  xəbər verir ki, bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat yayıb.

Vəkilin sözlərinə görə, polis İbadoğlunun adına qeydiyyatda olan mənzildə 40 min dollar tapdığını bildirib və bundan sonra o, həbs edilib. Amma vəkil Qubad İbadoğlunun həmin ünvanda yaşamadığını və bu pulun Qubad İbadoğlu ilə heç bir əlaqəsi olmadığını bildirib. Məbləğin real, yoxsa saxta olması bəlli deyildi.

Qeyd edək ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə 8-12 il müddətinə həbs cəzasını nəzərdə tutur.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib. Saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb.

Axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →