• 21:52 – Xalq artisti Tünzalə Ağayeva qotika tərzində - VİDEO - FOTOLAR 
  • 18:25 – Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı 
  • 18:16 – Şəhid İlqar Verdiyevin 50 illik yubileyi qeyd olunub 
  • 19:00 – Tiflis yenə AB qrantından imtina etdi 

Sabah 42-43 dərəcə isti olacaq - PROQNOZ



 


Sabah 42-43 dərəcə isti olacaq - PROQNOZ

EKOLOGİYA
8 Avqust , 2023 18:59
Sabah 42-43 dərəcə isti olacaq - PROQNOZ

Avqustun 9-da Bakı və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Cənub- şərq küləyi əsəcək.

XEBERTV.AZ xəbər verir ki, bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.

Onun sözlərinə görə, havanın temperaturu gündüz 35-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti olacaq.

Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçsə də, gündüz saatlarında Dağlıq Şirvan, Quba, Qusar və Şərqi Zəngəzurun bəzi dağlıq ərazilərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Havanın temperaturu gündüz 35-40 dərəcə, Naxçıvan Muxtar Respublikasında və Mərkəzi aran rayonlarının bəzi yerlərində 42-43 dərəcə isti, dağlıq rayonlarda 27-32 dərəcə isti olacaq.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →