• 20:04 – Ferhat Göçer Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə dördüncü dəfə konsert verəcək - VİDEO 
  • 18:37 – Azərbaycan bu ölkədən "Aİ-92" markalı benzin tədarük etməyə başladı - Son 16 ildə ilk dəfə 
  • 18:31 – 1696-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi 
  • 18:28 – Bizə raket verin ki, özümüzü müdafiə edə bilək - Zelenski 

Mayın ilk günü 25 dərəcə isti olacaq

Mayın ilk günü 25 dərəcə isti olacaq

Mayın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-20° isti olacaq.

Bakıda gecə 12-14° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 10-15° isti olacaq.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →