• 20:24 – Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd etdi 
  • 20:17 – Rayonlara dolu düşəcək, sulu qar yağacaq 
  • 20:12 – Biz bilmirik ki, onlarla hansı qanunla danışaq - Pezeşkian 
  • 19:44 – Zelenski Rusiyaya mesaj verdi: Zərbələri dayandırın, deeskalasiya başlasın 

Eşidənlər küçələrə düşüb axtarmağa başladı: Qramı 6 mindir


Eşidənlər küçələrə düşüb axtarmağa başladı: Qramı 6 mindir

 

Eşidənlər küçələrə düşüb axtarmağa başladı: Qramı 6 mindir

Almaniyanın Koblenz-Güls şəhərində bir evə çırpılaraq zərər verən meteorit parçalarının yüksək qiymətə satıla biləcəyi məlum olduqdan sonra bölgədə insanlar göy daşı parçaları axtarmağa başlayıb. Nadir meteoritlərin qramının 6 min dollara qədər alıcı tapa bildiyi bildirilir.

XEBERTV.AZ   Musavat.com-a istinadla xəbər verir ki, hadisə mart ayının əvvəlində Almaniyanın qərbində baş verib. Atmosferə daxil olan meteorit təxminən 6 saniyə ərzində səmada müşahidə olunub və minlərlə insan tərəfindən görülüb.

Bonn şəhərinin cənubundakı Koblenz-Güls bölgəsində meteorit parçalarından biri evə dəyərək maddi zərərə səbəb olub. Avropa Kosmik Agentliyinin məlumatına görə, hadisə zamanı xəsarət alan olmayıb.

Hadisədən sonra meteoritlərin kolleksiya bazarındakı yüksək qiyməti diqqət çəkib. Almaniyadakı Obervesel Meteorit Muzeyinin rəhbəri və meteorit ticarəti üzrə mütəxəssis Stefan Deker bəzi nadir meteorit nümunələrinin bir qramının 6 min dollara qədər satıla bildiyini açıqlayıb.

Bu məlumatın yayılmasından sonra bölgədə göy daşı parçalarını tapmaq üçün axtarışlar başlayıb.

Mütəxəssislərə görə, meteoritlərin dəyərinə bir neçə amil təsir edir. Bunlara kimyəvi və mineralogiya tərkibi, parçanın qorunma vəziyyəti, nə qədər əvvəl Yerə düşməsi və növünün nadirliyi daxildir.

Tərkibində qeyri-adi minerallar olan, həmçinin Ay və ya Mars mənşəli olduğu müəyyən edilən meteoritlər xüsusi elmi və kolleksiya dəyərinə malik ola bilər.

Meteoritlərin mülkiyyət qaydaları Almaniyanın ayrı-ayrı federal torpaqlarında fərqlənir. Koblenz-Güls hadisəsində şəxslərin öz ərazilərinə düşən meteorit parçaları üzərində hüquq tələb edə biləcəyi bildirilir.

Elmi baxımdan xüsusi əhəmiyyət daşıyan nümunələrdə isə son qərarın dövlət və ya aidiyyəti qurumlar tərəfindən verilməsi mümkündür. Bəzi hallarda meteorit parçasını aşkar edən şəxsə mükafat da verilə bilər.

Avropa Kosmik Agentliyinin məlumatına görə, meteorit keçidlərinin müşahidə olunma tezliyi eyni deyil. Belə hadisələr bir neçə həftədən bir, yaxud bir neçə ildən bir baş verə bilər.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →