• 20:41 – Qonşu ölkədən Azərbaycana pul köçürmələri kəskin artdı 
  • 20:27 – Regionİran ABŞ-ı bu ölkəyə hücumla hədələdi 
  • 20:22 – "Barselona"nın əfsanəsi: "Messini zərərsizləşdirmək mümkün deyil" - 
  • 18:16 – 2026-cı ilin 4 avtomobili: Təhlükəsizlik mükafatı aldı - Foto 

Sabah 39 dərəcəyədək isti olacaq

Sabah 39 dərəcəyədək isti olacaq

İyunun 06-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yagmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 29-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 30-35 % olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-39° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →