• 22:50 – 2027-ci ildə maaşlar nə qədər artacaq? 
  • 20:24 – Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd etdi 
  • 20:20 – Eşidənlər küçələrə düşüb axtarmağa başladı: Qramı 6 mindir 
  • 20:17 – Rayonlara dolu düşəcək, sulu qar yağacaq 

KATY PERRY SƏHNƏYƏ AZƏRBAYCAN BAYRAĞI İLƏ ÇIXDI



BAKI-XEBERTV.AZ

KATY PERRY SƏHNƏYƏ AZƏRBAYCAN BAYRAĞI İLƏ ÇIXDI
Dünyaca məşhur müğənni Katy Perry çıxışı ilə Azərbaycan pərəstişkarlarına da yaddaqalan anlar yaşadıb.
Sənətçi səhnəyə Azərbaycan bayrağı ilə çıxaraq tamaşaçıların böyük marağına səbəb olub. Konsert zamanı qeyri-adi səhnə şousu da nümayiş etdirilib. Katy Perry böyük butulkanın içində hazırlanan xüsusi performansla pərəstişkarlarını təəccübləndirib.
Müğənni konsertdən sonra pərəstişkarları ilə də görüşüb, onlarla şəkil çəkdirib.Katy Perry-nin konserti zamanı səhnədə maraqlı anlar yaşanıb. Cütlüklərdən biri sənətçinin çıxışı zamanı səhnədə bir-birinə evlilik təklifi edib.
Lakin gecənin romantik anları bununla yekunlaşmayıb. Daha sonra Katy Perry özü də bir pərəstişkarından gözlənilməz evlilik təklifi alıb.İki fərqli evlilik təklifinin yaşandığı anlar konsertin ən yaddaqalan görüntülərindən birinə çevrilib.
Katy Perry Bakı konsertinə görə 3 milyon dollar qonarar alıb.
Müəllif: İsmayıl Zaman
Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →