• 19:38 – Makrondan bəyanat: "Çox vacib bir anın astanasındayıq - Avropa İttifaqı məhv ola bilər" 
  • 19:23 – Bakı metrosunda FACİƏ - Sərnişin qatar yoluna düşdü 
  • 19:18 – İlham Əliyev Zəngilanda... 
  • 19:21 – Kəmaləddin Heydərov COP29 ilə əlaqədar tapşırıqlar verdi 

Nə nazirlik, nə də BŞTİ bizimlə müqavilə bağlayıb - Bakı Tikiş Evindən izdihama cavab

Nə nazirlik, nə də BŞTİ bizimlə müqavilə bağlayıb - Bakı Tikiş Evindən izdihama cavab

Yeni dərs ilinə hazırlaşan və məktəbə gedəcək övladlarına hələ də forma ala bilməyən valideynlər Bakı Tikiş Evinin (BTE) satış mağazasının qarşısında və mağazanın içərisində izdiham yaradıblar.
Sosial şəbəkələrdə izdihamla bağlı videogörüntülər yayılıb.

Görüntülərdən də aydın olur ki, məktəblərin açılmasına az müddət qalsa da şagirdlərin forma problemi hələ də öz həllini tapmayıb.

Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib ki, gün ərzində 1200-1500 məktəbli forması istehsal edilir.

"Burada da 2 mağaza fəaliyyət göstərir. Həmin mağazalardan formaların satışı həyata keçirilir. Bununla biz satdığımız məhsula zəmanət verə bilirik. Bu formalar başqa yerdə satılanda biraz baha satılır. "Bravo" supermarketlərinə də 6000 min forma verildi və satıldı. Biz çox məhsul istehsal edə bilmirik. Bir tikiş fabriki Bakıdakı bütün şagirdlərə məktəbli formasını necə istehsal edə bilər? Biz özəl müəssisəyik. Əsas işimiz hərbi paltarların tikilməsidir. Ona görə də biz bütün işimizi atıb, yalnız məktəbli forması istehsal edə bilmərik. Bu barədə heç bir məsuliyyətimiz yoxdur. Nə Elm və Təhsil Nazirliyi, nə də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bizə tapşırıq verib, müqavilə bağlamayıb. Keçən il məktəbli forması istehsal etdiyimiz üçün bu il də istədik ki, bu işə kömək edək. Lakin bir fabrik bütün tələbatı ödəyə bilməz", - deyə o bildirib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →