• 22:17 – Azərbaycan XİN: Minalar məcburi köçkünlərin təhlükəsiz qayıdışını əngəlləyir 
  • 22:10 – İran və ABŞ qapalı formatda danışıqlar aparır 
  • 22:11 – Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub 
  • 22:06 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində 

Son iki ayda 46,5 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-fevral aylarında 46 533 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 7228 nəfəri münasib işlərlə təmin edilib, 914 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Həmin dövrdə 1304 işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 37 087 şəxsə peşəyönümü xidmətləri göstərilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →