• 22:06 – Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq müzakirə olundu 
  • 21:42 – Xalq artisti Tünzalə Ağayeva kovboy tərzində - FOTOLAR 
  • 21:38 – Dohada İsrail əleyhinə bəyanat qəbul edildi: Zərbəyə cavab... 
  • 21:51 – AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya 

Minimum aylıq əməkhaqqının orta aylıq əməkhaqqına nisbəti 41,1 faizə çatıb

Aparılan ardıcıl sosial islahatlar minimum aylıq əməkhaqqının mütəmadi artımını təmin edir və son beş ildə bu istiqamətdə 2,7 dəfə artıma nail olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin artım ölkəmizdə xalis minimum aylıq əməkhaqqının (345 manat) xalis orta aylıq əməkhaqqına (2023-cü il yanvarın 1-nə 839,4 manat) nisbəti ilə bağlı göstəricinin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması sahəsində də mühüm irəliləyişə imkan verib.

Həmin nisbət 2018-ci ildəki 26,5 faizdən hazırda 41,1 faizə çatıb. Beləliklə, 2018-2022-ci illərdə həmin göstərici 14,6 faiz yüksəlib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →