• 22:00 – İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir 
  • 21:50 – ABŞ 38 il sonra İrana qarşı bu silahdan istifadə etdi 
  • 21:44 – "Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir? 
  • 16:52 – Ermənilər Ermənistanda və Qarabağda nələri dağıdıb... 

“Dream FEST – 2025” davam edir


BAKI-XEBERTV.AZ


“Dream FEST – 2025” davam edir

“Dream FEST – 2025” Beynəlxalq Musiqi Festivalı iştirakçılarına möhtəşəm anlar yaşatmağa davam edir. Tədbir başlamazdan əvvəl səhnəyə çıxacaq sənətçilər ənənəvi qırmızı xalça üzərindən keçiblər. 24 iyul tarixli gecə isə Azərbaycan musiqisinin əfsanəsi, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunub. Onun ən məşhur əsərləri solo və duet şəklində təqdim edilib. Konsertin ilk ifaçısı Yohan Benyaminov olub. O, səhnəyə çıxaraq “Bakı” adlı musiqi əsərini səsləndirib və bununla da gecəyə rəsmi start verilib.Proqramda bir-birindən maraqlı çıxışlar nümayiş olunub. Səhnədə Alessandro Safina, Emin Ağalarov, Anar Ağayev, Merab Amzoevi, Brendon Stoun, “Blue” qrupu, Tünzalə Ağayeva, Nigar Camal, Nəsibə Abdullayeva, Elçin Əzizov, Fərrux Zakirov və digər tanınmış musiqiçilər çıxış ediblər.
Müəlliflər: İsmayıl Zaman, Zeynəb Abbasova



Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →