• 19:43 – “Turan Tovuz” “Traktor” ilə yoldaşlıq oyunu keçirəcək 
  • 19:36 – “Neftçi” dünya ulduzu ilə danışıqlar aparır 
  • 19:33 – Mask "Amerika" partiyasının qeydiyyatı üçün rəsmi müraciət edib 
  • 19:28 – İsrail paytaxtının hava limanı raket atəşinə məruz qalıb 

Mahmut Orhan Sea Breeze-də çıxış edib



BAKI-XEBERTV.AZ 

 Mahmut Orhan Sea Breeze-də çıxış edib
Dünən elektron musiqi səhnəsinin ən tanınmış simalarından biri, DJ və prodüser Mahmut Orhan kurort şəhərciyi Sea Breeze-də açıq səma altında eksklüziv setlə çıxış edib.
Mahmut Orhan adı möhtəşəm canlı performanslar, milyonlarla dinlənmə və beynəlxalq festivallarla assosiasiya olunur. Onun trekləri dəfələrlə Billboard və Shazam kimi dünya çartlarında ön sıralarda yer alıb, remiks və orijinal kompozisiyaları isə nüfuzlu musiqi mükafatlarına layiq görülüb. O, Golden Panther Music Award və Dance Music Award kimi beynəlxalq mükafatlarla təltif olunub və Coachella, Ultra Music Festival, Art of the Wild və Zamna Tulum kimi dünyanın ən böyük festivallarında çıxış edib.
Konsertdən əvvəl DJ Monnarsh və DJ Arodes səhnəni canlandırıblar. Konsert Dream Group International və iTicket Production tərəfindən təşkil olunub.
Elə həmin gün Sea Breeze Walk of Fame (Şöhrət Yolu) -də Mahmut Orhanın adına ulduz açılıb. Sea Breeze-in təsisçisi Emin Ağalarov səhnəyə çıxaraq sənətçini şəxsən təbrik edib.
Müəllif: Zeynəb Abbasova


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →