• 21:26 – Bakıda Avropa mətbəxinin ləzzət səyahəti – III “Avropa Təamları” Kulinariya Festivalı keçirilib 
  • 19:00 – Rusiya bizə deyir ki, bunu etsəniz, qazı kəsəcəyik - Vuçiç 
  • 18:58 – ABŞ ordusu Fələstin anklavında yer almayacaq? 
  • 18:52 – Sumqayıtda Yeni Avtobus Xətləri: 

Bəzi yerlərdə yağış yağır, külək əsir


Bəzi yerlərdə yağış yağır, külək əsir


Bəzi yerlərdə yağış yağır, külək əsir

10:11

Oktyabrın 10-u saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin səhər saatlarından başlayaraq bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağır, şimşək çaxır.

XEBERTV.AZ  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 2, Qax və Balakəndə 1 mm-dir.

Eyni zamanda, bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Daşkəsən və Naftalanda 28, Şahbuzda 26, Mingəçevirdə 25, Goranboyda 23, Yardımlıda 20, Gəncədə 18, Gədəbəy, Bərdə, Şəki, Ağdam və Oğuzda 16 m/s-dək güclənir.

Sumqayıt, Çilov adası, Daşkəsən, Şəmkir, Şamaxı, Qobustan, Qusar, Xaltan, Zərdab, Göyçay, Yevlax, Beyləqan, Sabirabad və Biləsuvarda isə duman müşahidə olunur. Görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

***

Oktyabrın 10-u saat 18:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Naftalanda 28, Tərtər, Goranboyda 27, Göyçay, Ağdamda 24, Mingəçevir, Bakıda və Abşeron yarımadasında 21, Şəki, Ağdamda 20, İsmayıllı, Zərdab, Bərdədə 18, Sabirabad, Şahdağda 17, Gədəbəy, Gəncədə 16, Kəlbəcərdə 15 m/s-dək güclənir.

Quba, Qusar, Şabranda isə arabir yağış yağır.





axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →