• 21:26 – Bakıda Avropa mətbəxinin ləzzət səyahəti – III “Avropa Təamları” Kulinariya Festivalı keçirilib 
  • 19:00 – Rusiya bizə deyir ki, bunu etsəniz, qazı kəsəcəyik - Vuçiç 
  • 18:58 – ABŞ ordusu Fələstin anklavında yer almayacaq? 
  • 18:52 – Sumqayıtda Yeni Avtobus Xətləri: 

Ölkə ərazisində küləkli hava şəraiti davam edir




Ölkə ərazisində küləkli hava şəraiti davam edir



İyulun 4-ü saat 09:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

XEBERTV.AZ xəbər verir ki,bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Düşən yağıntının miqdarı Balakəndə 5, Sarıbaş (Qax), Kəlbəcər, Göygöl, Zaqatala, Gədəbəy, Laçın, Qubadlı, Şəmkir, Şəki, Qusar, Qrız, Ağstafa və Daşkəsəndə 3 mm-dir.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Culfada 21, Neftçalada 20, Naftalan və Mingəçevirdə 18 m/s-dək güclənir.

Dənizdə dalğanın hündürlüyü 4,4 metrə çatır.

***

İyulun 4-ü saat 19:00-a olan məlumata əsasən ölkə ərazisində küləkli hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 23, Culfada 22, Neftçala və Gəncədə 20, Goranboyda 19, Naftalanda 18, Şirvanda 16 m/s-yə çatır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 25, Aran rayonlarında və Naxçıvan MR-da 31, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →