• 10:10 – Tramp 1 saat ərzində 7 bəyanat verib, heç biri doğru deyil... 
  • 10:01 – İran müharibəsi: ABŞ-ın bir yolu qalıb... 
  • 22:48 – Ərdoğandan silahlı hücuma reaksiya 
  • 22:43 – Ermənistan hava məkanını bağlayır - Bu tarixdə 

Metroda gediş haqqı artırılacaq? - Rəsmi cavab






Metroda gediş haqqı artırılacaq? - Rəsmi cavab

Bakı Metropoliteni QSC-nin gediş haqqı tariflərinin tənzimlənməsi ilə bağlı hər hansı bir səlahiyyəti yoxdur.

XEBERTV.AZ  APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni”nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

“Hazırda Metropolitendə tariflərin tənzimlənməsi ilə bağlı hansısa məlumat yoxdur”, - deyə o əlavə edib.

Bakı Metropoliteni QSC sədrinin müşaviri Emil Əhmədov isə jurnalistlərə bildirib ki, dünyada metro sistemlərində məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur:

“Bir çox ölkədə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır”.

E.Əhmədov qeyd edib ki, sosial qruplara münasibətdə də xüsusi yanaşmalar nəzərdə tutulur:

“Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi imkanları müzakirə mövzusudur. Aylıq kartlar, birdəfəlik gediş kartları və digər alternativ yanaşmalar nəzərdən keçirilir”.

O əlavə edib ki, hələlik yekun qərar qəbul olunmayıb: “Bu istiqamətdə daim müzakirələr aparılır”.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →