• 20:09 – Fransa Rusiyadan gələn tankeri ƏLƏ KEÇİRDİ 
  • 19:57 – Xalq artisti Tünzalə Ağayeva leopard tərzi ilə GÖZ OXŞADI 
  • 19:51 – Ukrayna-ABŞ-Rusiya üçtərəfli görüşü keçiriləcək 
  • 19:29 – Yasamal rayon ictimaiyyəti 20 Yanvar şəhidlərini yad etdi - Fotolar 

"Sədərək"də əməliyyat keçirildi: saxlanılanlar var - Video






"Sədərək"də əməliyyat keçirildi: saxlanılanlar var - Video

"Sədərək" ticarət mərkəzində 20 minə yaxın müxtəlif təyinatlı pirotexniki vasitə polislər tərəfindən aşkarlanıb.

XEBERTV.AZ  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən paytaxt ərazisində partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilir.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının "Sədərək" ticarət mərkəzində keçirdikləri tədbirlə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin gizli şəkildə topdansatışı təşkil edən 67 yaşlı E.Hüseynov və 42 yaşlı N.Əsədov saxlanılıblar.

Onların ticarət mərkəzində yerləşən obyektlərinə baxış keçirilərkən 20 minə yaxın müxtəlif təyinatlı pirotexniki vasitə aşkarlanıb.

Hər iki fakt üzrə onlar barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.





Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →