• 21:40 – Tokayev: "Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir" 
  • 21:27 – "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş"ın oyunları "TVNET"də 
  • 21:25 – Gündüz gecəyə dönəcək: tarixi hadisənin vaxtı bəlli oldu 
  • 21:17 – Rusiyadan Qəzzafinin oğlunun öldürülməsinə reaksiya... 

Güclü külək əsəcək, qar yağacaq - Xəbərdarlıq




Güclü külək əsəcək, qar yağacaq - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında martın 7-si günün ikinci yarısından 8-i səhərədək şimal-qərb küləyinin qısamüddətə 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir, axşam və gecə bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var.

XEBERTV.AZ xəbər verir ki, bu barədə Axar.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Azərbaycanın rayonlarında da bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 7-si dağlıq ərazilərdən başlayaraq hava şəraitinin dəyişəcəyi, 9-u səhərədək qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Naxçıvan MR, Lənkəran-Astara bölgəsində yağıntıların intensiv olacağı ehtimalı var. Sabahdan martın 8-i gündüzədək qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s-dək güclənəcək.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →