• 09:36 – Bakı sakinləri təşvişdə: yayılan bu sirli həşərat nədir? 
  • 09:28 – Putinin hesablamaları iflasa uğrayıb - Mur 
  • 09:25 – DÇ-2026: ABŞ Paraqvayı darmadağın etdi 
  • 13:11 – SEPAH-ın kazarmalarını  ABŞ tərəfindən  vurdu 

Timor-Leste Prezidentinin Azərbaycana səfəri ölkələrimizin dostluq əlaqələrinin uğurlu davamını təmin edəcək mühüm addımdır

Tarixdə ilk dəfədir ki, Timor-Lestenin Prezidenti Azərbaycana səfər edir. Əminəm ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin, səmərəli əməkdaşlığın və tərəfdaşlığımızın uğurlu davamını təmin edəcək mühüm addımdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşündə söyləyib.

Qoşulmama Hərəkatının bu yaxınlarda keçirilmiş Zirvə toplantısında Timor-Lestenin yüksək səviyyədə təmsil olunması ilə bağlı minnətdarlığını bildirən dövlətimizin başçısı deyib: “Bu toplantı olduqca uğurlu idi və üzv dövlətlər arasında həmrəyliyi bir daha nümayiş etdirdi. Azərbaycanın sədrliyinə və bizim üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi və onların maraqlarının müdafiəsinə yönəlmiş təşəbbüslərimizə verilən dəstəyə görə də minnətdarlıq bildirmək istərdim”.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →