• 14:39 – Ekspertdən xəbərdarlıq: Bakıda kəskin şaxta, qar... 
  • 14:35 – Putin güzəştə getməyə hazırdır - Tramp 
  • 14:29 – Kupon Bookingin təşkilatçılığı ilə möhtəşəm Manga konserti 
  • 20:09 – Fransa Rusiyadan gələn tankeri ƏLƏ KEÇİRDİ 

Prezident İlham Əliyev: Azərbaycan Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində fəal şəkildə çalışıb

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bu ilin sonunda başa çatacaq, ölkəmiz sədrlik dövründə təşkilatın təsisatlanması istiqamətində fəal şəkildə çalışıb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahman ilə görüşündə bildirib.

Əlcəzair Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakını məmnunluqla xatırladan dövlətimizin başçısı səfər çərçivəsində Azərbaycanla Əlcəzair arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair müzakirələrin də aparıldığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev azərbaycanlı mütəxəssislərin, o cümlədən neftçilərin, geoloqların və mədəniyyət xadimlərinin Əlcəzairdə uğurla fəaliyyət göstərdiklərini deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →