• 19:03 – İtaliyadakı zəlzələdə xəsarət alanların sayı artdı 
  • 18:54 – ​​​​​​​İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 
  • 18:51 – UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb 
  • 18:48 – Rusiya bu kəndləri də işğal etdi 

Rusiyanın xarici işlər naziri: Biz Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyini qeyd edəcəyik

Bizim əlamətdar günlərimiz az deyil. Ötən il diplomatik münasibətlərin 30 illiyini, bu il müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünü qeyd etdik. Yazda biz Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyini qeyd edəcəyik.

AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

Rusiya XİN-in rəhbəri deyib: “Bizdə azərbaycanlı dostlarımızla birgə silsilə tədbirlər planlaşdırılır. Əminəm ki, həmin tədbirlər vətəndaşlarımızın bir-birinə, tarixə və bu ortaq tariximizin indiyə qədər davam edən, ölkələrimiz arasında dostluq, ailəvi və qohumluq əlaqələrini saxlamağa kömək edən səhifələrinə qarşılıqlı marağı nümayiş etdirəcək”.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →