• 20:56 – Hörmüzdə iki gəmi dəniz minası ilə toqquşdu 
  • 20:51 – Hər Qəlb Verilən Dəyəri Daşımaz 
  • 18:13 – Bu şəxslər 3 min manatadək cərimə olunacaq 
  • 18:08 – Türkiyənin sevilən serial aktyorları Bakıya gəlir! 

Prezident İlham Əliyev: Azərbaycan Türkiyəyə humanitar yardımları bundan sonra da davam etdirəcək

Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə söyləyib.

Dövlətimizin başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, bu faciədən çox kədərləndiyini bildirib.

Faciənin ilk günündən Azərbaycanın qardaş Türkiyənin yanında olduğunu qeyd edən Prezident İlham Əliyev deyib ki, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəmiz humanitar yardımları bundan sonra da davam etdirəcək.

Azərbaycan Prezidenti qardaş Türkiyənin bu zəlzələnin nəticələrini də tezliklə aradan qaldıracağına əminliyini ifadə edib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →