• 10:10 – Tramp 1 saat ərzində 7 bəyanat verib, heç biri doğru deyil... 
  • 10:01 – İran müharibəsi: ABŞ-ın bir yolu qalıb... 
  • 22:48 – Ərdoğandan silahlı hücuma reaksiya 
  • 22:43 – Ermənistan hava məkanını bağlayır - Bu tarixdə 

Ukrayna telekanalı Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən süjetlər yayımlayıb

Ukraynanın nüfuzlu “5-ci Kanalı”nın çəkiliş qrupu Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən silsilə süjetlər hazırlayıb.

AZƏRTAC xəbər verir ki, kanalın xəbərlər proqramında yayımlanan xüsusi reportajlarda Azərbaycanın azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri, ərazilərin minalardan təmizlənməsi, infrastruktur layihələrin həyata keçirilməsi, tarixi və mədəni abidələrin bərpası haqqında danışılıb.

Ağdamı Qafqaz Hiroşiması adlandıran jurnalist bildirib ki, Ağdamda hər şey dağıdılıb.

“Azərbaycanın işğal altında olan əzəli torpaqlarını qaytarması tarixi ədalətin bərpasıdır”, - deyə süjetdə qeyd edilir.

Süjetdə yeni körpülərin salınması, Füzulu Beynəlxalq Hava limanının tez bir zamanda inşası və digər iri layihələr barədə də ətraflı məlumat verilir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →