• 22:12 – KİV: “Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsir” 
  • 21:57 – Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib   
  • 21:55 – Türkiyə S-400-ləri Ukraynaya verəcək? - Açıqlama 
  • 21:43 – Aprelin 28-də "DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Tropy 2024" turniri keçirilib 

Prezidentin tapşırığına uyğun olaraq, FHN-in ikinci mobil səhra hospitalı Türkiyəyə yola salınıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş ikinci mobil səhra hospitalı qardaş ölkəyə göndərilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hospital 5 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, reanimasiya, sarğı və 2 əməliyyat blokundan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. Mobil səhra hospitalında hərbi səhra şəraitində fəaliyyət göstərə bilən peşəkar tibbi heyət xidmət aparacaq. Hospitalda ixtisaslaşmış tibbi xidmət göstərmək üçün hər cür təminat həyata keçirilib. Hospital Səhiyyə Nazirliyi tərəfindən dərman, tibbi sərf materialları və reaktivlərlə təmin olunub.

Mobil səhra hospitalını aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →